Cəmiyyət 

3 illik vergi güzəştləri – QANUN

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, sənəddə gəmiqayırma və gəmi təmiri müəssisələri üçün güzəştlərin müəyyənləşməsi nəzərdə tutulub.

Layihəyə əsasən, gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı güzəştli qaydada həyata keçiriləcək. Adıçəkilən müəssisələr 2026-cı il mayın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olacaqlar.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq ilk oxunuşda təsdiqlənib.

Daha çox xəbərlər