Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənistanda yeni konstitusiya hazırlığı – proses başladı

By Vüsal Rafiqoğlu
29.11.2025 5 Min Read

Rəsmi İrəvan son “ev tapşırığı” ilə bağlı hərəkətə keçdi və yeni mətn marta qədər tərtib olunacaq – Bakının gözləntisi

Azərbaycanın Ermənistan hakimiyyəti qarşısında qoyduğu ev tapşırıqlarından biri konstitusiya və normativ hüquqi aktlara dəyişikliklərin edilməsidir. Ölkəmizə qarşı ərazi iddialarının əks olunduğu sənədlərin, əsas qanunun mövcudluğu şəraitində sülh sazişinin imzalanması davamlı sülhə gətirib çıxartmayacaq, bunu bir çoxları yaxşı bilir. Amma görünən budur ki, Ermənistan prosesi maksimum uzatmağa və hansısa məqamda fürsətdən yararlanmağa çalışır.

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın sədrliyi ilə Konstitusiya İslahatları Şurasının sonuncu iclası keçirilib. “Yeni Müsavat” bu barədə erməni mediasına istinadən bildirir. Şura üzvləri prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə ediblər. “Mən Ədliyyə Nazirliyinin üzərinə götürdüyü öhdəliyi, daha doğrusu, mətnin işlənib hazırlanması və onun işlənib hazırlanması müddətini bir daha qeyd etmək istərdim. Konkret olaraq, bu öhdəlik o deməkdir ki, Konstitusiyanın yeni mətni mart ayına qədər hazır olmalıdır. Bu gün biz prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə edəcəyik”, – Qalyan deyib.

Baş nazir Nikol Paşinyan da bundan əvvəl konstitusiya ilə bağlı addımların seçkilərdən sonra atılacağını demişdi. Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəya istinad var. Təbii ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina bizim üçün əsasdır. Azərbaycan bu istinaddan narazıdır və ərazi bütovüyünə iddia kimi qəbul edir və Ermənistanla arasında sülh bağlanmasına maneə kimi görür.

Ermənistanda konstitusiya ilə bağlı anormal mövqe var. Hakimiyyət maksimum vaxt udmağa, ev tapşırığını həll etməməyə çalışır, müxalifət daha radikal mövqedən çıxış edir. Bəzən absurdcasına Azərbaycanın da öz konstitusiyasını dəyişdirməsini təklif edirlər. İddia olunur ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş Konstitusiya aktında 1918-20-ci il Cümhuriyyətinin varisi olduğumuzu rəsmiləşdirməyimiz Ermənistana qarşı ərazi iddiasıdır.

Proses hara aparır? Paşinyan seçkini udduqdan sonra konstitusiyanı dəyişəcəkmi?

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

 Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda konstitusiya islahatları mövzusu artıq sırf hüquqi çərçivədən çıxaraq regional təhlükəsizlik gündəminin əsas elementlərindən birinə çevrilib: “Ədliyyə naziri Srbuhi Qalyanın rəhbərliyi altında keçirilən Konstitusiya İslahatları Şurasının son iclası da bu prosesin formal xarakter daşıdığını bir daha nümayiş etdirdi. Rəsmi açıqlamalarda prokurorluq və istintaq orqanları ilə bağlı müddəaların müzakirə aparıldığı bildirilsə də, əsas məsələ olan Müstəqillik Bəyannaməsinə istinad mövzusu yenə açıq saxlanıldı. Qalyanın ”mart ayına qədər yeni mətn hazır olacaq” deməsi isə daha çox siyasi deklarasiya təsiri bağışlayır. Ermənistan siyasətində bu tip vaxt göstəricilərinin icra mexanizminə çevrilmədiyi artıq dəfələrlə müşahidə edilib. Paşinyan da daha öncə konstitusiya ilə bağlı əsas addımların yalnız seçkilərdən sonra atılacağını deməklə prosesin bilavasitə daxili siyasi risklərlə bağlı olduğunu etiraf etmişdi”.

T.İsmayılov xüsusilə qeyd etdi ki, Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı açıq müddəanın yer alması və Konstitusiyada bu sənədə istinadın qalması rəsmi Bakının əsas narazılıq nöqtəsidir: “Azərbaycan bu istinadı açıq ərazi iddiası kimi qiymətləndirir və haqlı olaraq sülh müqaviləsinin imzalanmasına hüquqi maneə sayır. Prezident İlham Əliyevin ”konstitusiya dəyişməzsə, sülhün mənası olmayacaq” mövqeyi də məhz bu hüquqi məntiqə söykənir. Burada söhbət təkcə siyasi etimaddan yox, gələcəkdə mümkün revizionizmin hüquqi əsasının ləğvindən gedir. İrəvan isə bu məsələni uzun müddətdir həm daxili auditoriyaya, həm də beynəlxalq platformalara fərqli rakurslardan təqdim etməyə çalışır. Paşinyanın “Müstəqillik Bəyannaməsi Konstitusiyaya tam daxil edilməyib” açıqlaması hüquqi manipulyasiya təsiri bağışlayır. Çünki istinadın özü artıq siyasi və hüquqi məna daşıyır. İstər tam, istər qismən olsun, bu sənədə bağlılıq faktı ərazi iddialarını legitimləşdirmə riski yaradır. Azərbaycan tərəfi də məhz bu riskin aradan qaldırılmasını tələb edir”.

STM əməkdaşının fikrincə, Paşinyan siyasi hesablamada hələ də millətçi elektoratın böyük təsir gücünə malik olduğunu nəzərə alır: “O, seçicilərin mühüm hissəsinin hələ də Qarabağla bağlı mifoloji düşüncədən tam ayrılmadığını yaxşı bilir. Bu səbəbdən konstitusiyanın açıq şəkildə dəyişdirilməsini özü üçün ciddi siyasi risk kimi təqdim etməyə çalışır. Digər tərəfdən, Ermənistan rəhbərliyi vaxt udmaqla geosiyasi proseslərin gedişatını dəyişəcəyinə ümid edir. İrəvan maksimum manevr etməyə çalışır. Lakin bu manevr imkanları getdikcə daralır. Regionda yeni kommunikasiyaların açılması, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr, Türkiyə – Azərbaycan tandeminin güclənməsi Ermənistanın strateji passivliyini daha da dərinləşdirir. Bu şəraitdə konstitusiya problemi sadəcə hüquqi sənəd dəyişikliyi yox, Ermənistanın gələcək geosiyasi mövqeyinin də müəyyənedicisinə çevrilir. Ermənistan cəmiyyətində də artıq bu uzatma siyasətinə qarşı səssiz narazılıq formalaşır. Xüsusilə gənc nəsil regional təcridin iqtisadi nəticələrini daha aydın hiss edir. Onlar açıq sərhədlər, investisiya mühiti və normal qonşuluq münasibətləri istəyir. Lakin köhnə siyasi elita hələ də təsir dairəsini itirməmək üçün təhlükə narrativindən istifadə edir. Revanşist ideologiya isə Ermənistanı real təhlükəsizlikdən uzaqlaşdırır. Əsl təhlükəsizlik məhz hüquqi iddiaların aradan qaldırılmasından sonra mümkündür. Paşinyanın seçkilərdən sonrakı davranışı ilə bağlı nikbin proqnozlar hazırda zəif əsaslara söykənir. Onun indiyədək nümayiş etdirdiyi siyasi praktika göstərir ki, o, prinsipial qərarları yalnız məcbur qalanda verir. Seçki mərhələsində konstitusiya dəyişikliyi onun üçün ”toksik mövzu” olaraq qalır. Seçkilərdən sonra isə yeni daxili təzyiq dalğasının yaranacağı istisna edilmir. Millətçi blokun küçə faktorundan istifadə etmə ehtimalı da Paşinyanın manevr imkanlarını daha da məhdudlaşdırır”.

Ekspertin sözlərinə görə, Azərbaycan bu prosesdə gözləmə mövqeyində deyil: “Rəsmi Bakı mövqeyini aydın, sabit və ardıcıl şəkildə ortaya qoyub: konstitusiyadakı ərazi iddiaları aradan qaldırılmadan sülh sazişi dayanıqlı sayılmayacaq. Bu, ultimatum yox, beynəlxalq hüququn tələbidir. Sülh sənədi gələcək nəsillər üçün hüquqi zəmanət olmalıdır. Bu zəmanət isə yalnız iddialardan təmizlənmiş əsas qanun üzərində qurula bilər. Nəticə etibarilə, Ermənistanın hazırkı davranışı real islahat iradəsindən daha çox vaxt udmaq strategiyasını xatırladır. Həm hakimiyyət, həm də müxalifət ayrı-ayrı tonlarda danışsa da, faktiki olaraq eyni hüquqi riski qoruyub saxlayır. Bu isə sülh prosesinin davamlılığına ciddi təhlükə yaradır. Paşinyanın seçkilərdən sonra konstitusiyanı dəyişəcəyinə dair qəti əminlik formalaşdırmaq üçün hələ real əsas yoxdur. Əksinə, mövcud siyasi dinamika göstərir ki, İrəvan hələ də qərarsızlıq və qorxu sindromundan çıxa bilməyib. Ermənistan üçün vaxt sürətlə daralır və bu dəfə zaman faktoru onun əleyhinə işləyir”.

T.İsmayılov bildirdi ki, rəsmi Bakı mövqeyini aydın, sabit və ardıcıl şəkildə ortaya qoyub: konstitusiyadakı ərazi iddiaları aradan qaldırılmadan sülh sazişi dayanıqlı sayılmayacaq: “Bu, ultimatum yox, beynəlxalq hüququn tələbidir. Sülh sənədi gələcək nəsillər üçün hüquqi zəmanət olmalıdır. Bu zəmanət isə yalnız iddialardan təmizlənmiş əsas qanun üzərində qurula bilər. Nəticə etibarilə, Ermənistanın hazırkı davranışı real islahat iradəsindən daha çox vaxt udmaq strategiyasını xatırladır. Həm hakimiyyət, həm də müxalifət ayrı-ayrı tonlarda danışsa da, faktiki olaraq eyni hüquqi riski qoruyub saxlayır. Bu isə sülh prosesinin davamlılığına ciddi təhlükə yaradır. Paşinyanın seçkilərdən sonra konstitusiyanı dəyişəcəyinə dair qəti əminlik formalaşdırmaq üçün hələ real əsas yoxdur. Əksinə, mövcud siyasi dinamika göstərir ki, İrəvan hələ də qərarsızlıq və qorxu sindromundan çıxa bilməyib. Ermənistan üçün vaxt sürətlə daralır və bu dəfə zaman faktoru onun əleyhinə işləyir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıdan Avropa Məhkəməsinə sərt mesaj – “Yaxın keçmişi unutmamışıq…”

Next

Əsgərlikdən möhlət alanlarla bağlı YENİ XƏBƏR- Yoxlama başlayır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv