Hadisə 

Samuxda FACİƏ: ər-arvad dəm qazından boğulub ÖLDÜ

Samuxda ər və arvad dəm qazından boğularaq ölüb.

Lent.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Rayon sakinləri – 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Musayeva yaşadıqları evin hamamında dəm qazından boğularaq ölüblər.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər