Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı şahmat üzrə rayon birinciliyi keçirib.

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində şahmat üzrə rayon birinciliyi keçirib.
Yarışda müxtəlif yaş kateqoriyasından olan YAP üzvləri təmsil olunub.
Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarısın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Açılışda çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya yarış iştirakçılarına uğurlar arzulayaraq gənclərin idmana olan maraq və sevgisinin artırılmasının Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətin əsas prioritet istiqamətlərindən biri olduğuna diqqət çəkib, bu sahədə gənclərimizin dünya arenasındakı uğurlarının qururverici olduğunu bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman gənclərin sağlam ruhlu, intellektual inkişafına, milli-mənəvi dəyərlərə malik məsuliyyətli vətənpərvər övlad olaraq yetişməsinə böyük önəm verir.
Yarisda şahmatçılar püskatma yolu secilərək oyuna başlayıblar.
Yekunda şəhər 7 saylı tam orta məktəbin müəllimi Fəxri Əliyev rayon birincisi olub. Alpout kənd tam orta məktəbin müəllimi Elvin Hüseynov ikinci, Bərdə Uşaq Şahmat Məktəbinin müəllimi İnarə Həsənli üçüncü yer tutublar.
YAP Bərdə rayon təşkilatın sədri Faqət Şadlinskaya yarış qaliblərini təşkilatın Diplom və hədiyyələri ilə mukafatlandırıb.
Sonda xatirə şəkli çəkdirilib.

Daha çox xəbərlər