Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Əhaliyə çağırış: TƏHLÜKƏLİDİR!

By Vüsal Rafiqoğlu
23.12.2025 4 Min Read

Onkoloq deyir ki, son dövrlərdə heyvandarlıq məhsullarında hormonal preparatlardan istifadə ciddi risklər yaradır

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salmanov deyir ki, risk əsasən istehsal, saxlanma və bişirilmə mərhələlərində yaranır: “Tarixi keçmiş məhsullar, açıq havada saxlanılan toyuq əti və yarımçıq bişirmə ən çox rast gəlinən problemlər sırasındadır. Bu hallarda toyuq əti salmonella və campylobacter kimi təhlükəli bakteriyaların daşıyıcısına çevrilə bilər”.

Ekspert bildirir ki, toyuq əti tez xarab olan məhsul olduğu üçün +2, +4 dərəcə temperaturda saxlanmalıdır. Onun sözlərinə görə, bəzi satış məntəqələrində məhsul saatlarla açıq havada qalır, daha sonra yenidən soyuducuya yerləşdirilir ki, bu da bakteriyaların sürətlə çoxalmasına səbəb olur.

Mütəxəssisə görə, istehlakçılar çox zaman toyuğun rənginə və qoxusuna aldanırlar, lakin bu, təhlükəsizliyin göstəricisi deyil. Bakteriyalar hər zaman gözlə görünmür və məhsul normal görünsə belə, sağlamlıq üçün risk daşıya bilər. Həkim-infeksionist Mədinə Abdullayevanın sözlərinə görə, yarımçıq bişmiş toyuq əti qəbul edildikdən sonra 6-24 saat ərzində ürəkbulanma, qusma, ishal, qarın ağrısı və yüksək hərarət müşahidə oluna bilər. Bu isə əsasən salmonella infeksiyasına işarə edir.

Toyuq satışı bazarında vəziyyət hazırda necə qiymətləndirilir? Monitorinqlər nə deyir? Tənqidlərin, cərimələrin təsiri varmı? Keyfiyyətsiz məhsulların onkoloji xəstəliklərə yol açdığı haqda iddialar doğrudurmu?

Bu kosmetik məhsullar xərçəng yaradırmış - Həkimdən XƏBƏRDARLIQ | sfera.az

Fərid Müseyibov 

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, onkoloji xəstəliklərin artmasında bir sıra mühüm amillər rol oynayır. Onun sözlərinə görə, keyfiyyətsiz qida məhsullarının istehlakı, ətraf mühitin çirklənməsi, eləcə də gündəlik istifadə etdiyimiz bir çox məhsulların sanitar normalara cavab verməməsi xərçəng xəstəliklərinin yaranmasına zəmin yaradır.

Həkim-onkoloq qeyd edib ki, bu cür amillər orqanizmdə sərbəst radikalların artmasına səbəb olur. Sərbəst radikallar isə hüceyrə səviyyəsində zədələnmələr yaradaraq genetik mutasiyalara gətirib çıxarır. Gen mutasiyaları baş verdikdə isə gələcəkdə müxtəlif onkoloji xəstəliklərin formalaşma riski əhəmiyyətli dərəcədə artır. Fərid Müseyibov xüsusilə son dövrlərdə toyuq əti və digər heyvandarlıq məhsullarında hormonal preparatlardan geniş istifadə olunmasına diqqət çəkib. Onun fikrincə, bu cür preparatlar həm insan sağlamlığı, həm də ümumilikdə qida təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Hormonal maddələr qida məhsulları vasitəsilə insan orqanizminə daxil olduqda hormonal tarazlığın pozulmasına səbəb olur.

Həkim vurğulayıb ki, hormonal disbalans xüsusilə qadınlar üçün daha təhlükəlidir. Belə ki, hormonal tarazlığın pozulması süd vəzisi şişlərinin yaranmasında əsas risk faktorlarından biridir. Bu amil təkcə süd vəzisi xərçəngi ilə məhdudlaşmır, eyni zamanda digər onkoloji xəstəliklərin də inkişafına şərait yarada bilər. Mütəxəssis hesab edir ki, əhalinin sağlamlığının qorunması üçün qida məhsullarına ciddi nəzarət mexanizmləri tətbiq edilməli, ekoloji problemlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görülməlidir.

Qida üzrə mütəxəssis Yusif həkim deyir ki, 2006-cı ildən böyümə faktoru olan antibiotiklərin istifadəsi qadağan edilib: “Lakin digər antibiotiklərin tələb edilən norma daxilində yalnız müalicə üçün istifadəsi icazəlidir. Ölkəmizdə də toyuq ətində və yumurtada qala biləcək antibiotiklərin norması üçün normativ hüquqi akt mövcuddur. Belə ki, AQTA Kollegiyasının 18 dekabr 2020-ci il tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları” vardır. Bu qaydaların hazırlanmasında Kodeks Alimentarius Komissiyasının CX/MRL 2-2018 saylı “Qida məhsullarında baytarlıq preparatları qalığı üçün maksimum qalıq hədləri və risk idarəedilməsi üzrə tövsiyələr”i , həmçinin “Heyvan mənşəli qida məhsullarında farmakoloji aktiv maddələrin təsnifatı və yolverilən maksimum qalıq miqdarı”na dair 37/2010/EEC Avropa Birliyinin Komissiya reqlamentinin tələblərinə istinad olunub.

Ekspertdən SOS! Broyler toyuqlarına vurulan bu antibiotiklər təhlükəlidir |  sfera.az

Təəssüf ki, bəzi toyuq əti və ərzaqlıq yumurta istehsalçıları antibiotiklərin istifadəsinə səhlənkar yanaşırlar. Bu, həm yem istehsalında, həm də sahədə terapevtik istifadə zamanı baş verir. Hər bir farmakoloji aktiv maddənin bədəndən çıxma müddəti var. Buna “withdrawal period” deyilir. Bu perioda riayət etmək icbaridir. Lakin bəzi iqtisadi faktorlara görə istehsalçılar bu perioda riayət etmək istəmirlər.

Toyuq ətində və yumurtada qala biləcək antibiotik qalıqlarının bir sıra zərərləri ola bilər:

– Orqanizmdə antibiotik dirəncinin yaranması. Ətdən və yumurtadan bədənimizə daxil olan antibiotiklər depolanır və onlarda dözümlülük yaranır. Beləliklə gələcəkdə hər hansı xəstəlik səbəbindən qəbul etdiyimiz antibiotiklərin bizə heç bir təsiri olmayacaqdır.

– Antibiotiklər normal bağırsaq floramızı məhv etdiyi üçün həzm sistemimizdə ciddi problemlər yaşanır.

– Bəzən toyuq əti və yumurta yeyərkən bağırsağımızda “ağırlıq” hiss edirik. Bu allergik reaksiya da ola bilər. Yəni ola bilər ki, bədənimizin hər hansı antibiotikə qarşı allergiyası var və o maddə ət və ya yumurta vasitəsilə bədənimizə daxil olduqda bağırsaqlarımız allergik reaksiya verir.

Onu da qeyd edim ki, yumurta dünyada qəbul edilmiş 14 allergendən biridir. Bu məhsula qarşı olan allergiya ilə yumurtada qala biləcək antibiotik qalıntısının verəcəyi allergik reaksiya fərqlidir.

İcra başçısı sahibkarın hüquqlarını pozub” – Eyyub Hüseynov Yeni Sabah

 Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, AQTA-nın yoxlamalarında böyük nöqsanlar var: “Məsələn, onlar hər hansı bir müəssisəyə yoxlamaya gedərkən bunu onlara qabaqcadan bildirməyə məcburdurlar. Bunun üçün Ədliyyə Nazirliyinə məlumat verirlər, onlar da qarşı tərəfə bildiriş verir və s. Qida sahəsində aparılan yoxlamalarda bu bürokratik prosedur aradan götürülməlidir. Qida məsələsində yoxlama cəld olmalıdır. Bu məsələdə AQTA-ya müstəsna hüquq verilməlidir ki, müəssisələrdə yoxlamaları xəbərdarlıq etmədən apara bilsinlər. Biz dəfələrlə demişik, Qida Təhlükəsizliyi Agentliyi, Nazirlər Kabineti Azərbaycanda ənənəvi olmayan, yeyilməyən heyvan ətlərinin siyahısını hazırlamalı və onun satışı qadağan edilməlidir. Azad İstehlakçılar Birliyinin ofisində bir kitab var. 1963-cü ildə dərc olunub. Həmin kitabda SSRİ-nin tabeliyində olan 15 respublikaları arasında tək Azərbaycanda eşşək əti yeməli hesab edilib, onun növləri, qiymətləri yazılıb. Sonradan öyrəndik ki, bu kitabçanı ermənilər hazırlayıb. O vaxt ermənilər bizim xalqı bütün dünyaya vəhşi eşşək əti yeyən kimi təqdim edib”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Aztəminatlı ailələrə 200 manat birdəfəlik yardım veriləcək – Sosial islahatların gücü

Next

İlham Əmirov: “AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv