Kəlbəcərin məşhur “İstisu” sanatoriyasından maraqlı görüntülər
Kəlbəcər rayonunda yerləşən “İstisu” Müalicə-İstirahət Kompleksi üzrə tikinti işləri davam edir. Ekspertlər hesab edir ki, layihə regionun turizm və səhiyyə infrastrukturunun gücləndirilməsində mühüm yer tutacaq.
Musavat.com xəbər verir ki, 1927-ci ildə fəaliyyətə başlayan və 1993-cü ildə ermənilərin dağıtdığı İstisu sanatoriyasının bərpası və müasir standartlara uyğun yeni İstisu Müalicə-İstirahət Kompleksinə çevrilməsinə az qalıb. Kompleks 32 min kvadratmetrdən çox sahəni əhatə edəcək və 145 nömrə ilə yanaşı 10 kottec, SPA-mərkəz, müalicə hovuzları, müxtəlif müalicə otaqları, restoran və əyləncə zonalarını əhatə edəcək. Kompleksin istifadəyə verilməsi ilə bölgəyə sağlamlıq turizmi üçün əlavə imkanlar gətiriləcək.
Musavat.com İstisudan ən son maraqlı görüntüləri təqdim edir. Görüntülər Kəlbəcərin qış mövsümündə də nə qədər cazibədar olduğunu bir daha nümayiş etdirir.
Etibar Seyidağa,
Musavat.com

