Region Xəbərləri Təhsil 

Bərdə məktəblisi Pifaqor Riyaziyyat Olimpiadasında gümüş medal qazanıb

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Abdullayev Raul Azad oğlu uğurlu nailiyyət əldə edib.

 

Belə ki, Raul Abdullayev Beyin Olimpiada Mərkəzi tərəfindən 27 dekabr 2025-ci il tarixində keçirilən Pifaqor Riyaziyyat Olimpiadasında yüksək nəticə göstərərək gümüş medala layiq görülüb.

 

Qazanılan nailiyyətlə əlaqədar olaraq istedadlı şagird 24 yanvar 2026-cı il tarixində Avropa Azərbaycan Məktəbində keçirilən tədbirdə medal və mükafatla təltif edilib.

 

Bu münasibətlə şagirdimizi təbrik edir, ona təhsilində və gələcək həyatında yeni-yeni uğurlar arzulayırıq.

Daha çox xəbərlər