Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Həccə gedənlər azalır – iman, yoxsa pul məsələsi…

By Vüsal Rafiqoğlu
11.02.2026 3 Min Read

Ekspertlər deyir ki, minlərlə insan sırf maddi imkansızlıqdan müqəddəs yerləri ziyarət arzusunu reallaşdıra bilmir

Azərbaycandan Həcc ziyarəti üçün ayrılmış kvotanın cəmi 70 faizi tamamlanıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, eyni zamanda Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib. Bildirilib ki, Həccə getmək niyyətində olan vətəndaşlar gecikmədən qeydiyyatdan keçməlidirlər.

İlahiyyatçı Yaşar Qurbanov isə Cebheinfo.az-a açıqlamasında qeyd edib ki, Həcc ziyarətinə gedənlərin sayı azalsa belə, qiymətlər dəyişməyəcək. Onun sözlərinə görə, bu məbləğlər göstərilən xidmətlərin dəyəri ilə birbaşa bağlıdır. Səudiyyə Ərəbistanında zəvvarların daha rahat ibadət etməsi, sıxlığın azaldılması, təhlükəsizlik və logistikanın təkmilləşdirilməsi məqsədilə yeni qaydalar tətbiq olunub. Bu səbəbdən ziyarətçi sayının azalması qiymətlərin enməsi ilə nəticələnmir.

Sual yaranır: Həccə gedənlərin sayının azalması iman zəifliyi ilə bağlıdır, yoxsa bu, sırf maliyyə məsələsidir?

Xatırladaq ki, 2008-ci ildə Azərbaycandan Həcc ziyarətinə gözlənilən zəvvar sayı təxminən 6000 nəfər idi. Bu, son 20 ildə qeydə alınan ən yüksək göstəricilərdəndir və ölkəmiz üçün əhəmiyyətli nöqtə kimi qalır. 2015-ci ildə 2400 zəvvar Həccə getmişdi, yəni 2 min nəfərdən çox zəvvar ziyarətini həyata keçirmişdi.  2018-ci ildə 1420 nəfər Həcc ziyarətinə sənəd verib və gedib. 2023-cü ildə 1440 zəvvar Həcc ziyarətini yerinə yetirib. 2024-cü ildə isə kvota 1500 nəfər olaraq elan edilmiş və bu illər üçün sənəd qəbulu tamamlanıb.

Beləliklə, zəvvar sayında ən yüksək rəqəm 2008-ci ildə qeydə alınıb (təxminən 6000 nəfər) və bu, son onilliklərlə müqayisədə çox böyük kütləvi ziyarət sayıdır. Sonrakı illərdə isə kvotaların azalması və müraciətlərin düşməsi ilə bu rəqəm tədricən aşağı düşüb və 2020-ci illərdə 1500-1400 civarına enib.

Qiymətlərin müqayisəsinə gəldikdə isə 2008-ci ildə Həcc ziyarətinin qiyməti təxminən 2 600-3 500 dollar, 2025-ci ildə isə 5950 dollar olub. 2026-cı ildə bu rəqəmin təxminən 6100 dollardan çox olması gözlənilir. Qiymət artımının səbəbləri kimi yüksək xidmət səviyyəsinin təmin edilməsi, Səudiyyə Ərəbistanında hotellerin bahalaşması, logistika xərcləri və ümumdünya iqtisadi trendləri göstərilir.

Ziyarətçi sayının azalmasının səbəblərinə gəldikdə, qeyd olunur ki, artan qiymətlər zəvvarların sayına birbaşa təsir edir,  orta qiymətlər yüksəldikcə müraciət edənlərin sayı aşağı düşür.

Həmçinin son illərdə kvotanın daha aşağı həddə müəyyənləşdirilməsi (məsələn, 1500 və daha az) ziyarətə gedənlərin sayını məhdudlaşdırıb.

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov

Mövzu ilə bağlı millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, məsələnin kökündə daha çox imkan məsələsi dayanır: “Fikirləşməliyik ki, necə edək ki, qiymətlər vətəndaşlar üçün daha əlçatan olsun. Burada bir neçə amil var. Qeyd etdiyim kimi, birinci və əsas amil maliyyə məsələsidir. İnsanların əksəriyyəti məhz maddi imkanlara görə bu prosesdə fəal iştirak edə bilmir və müraciət etmir. Səbəblərdən biri də budur ki, sıravi bir Azərbaycan vətəndaşı üçün bu məbləğdə vəsaiti ödəmək asan iş deyil.

Bu baxımdan düşünürəm ki, daha aşağı büdcəli paketlər tətbiq edə bilsək, bu, vətəndaşlar üçün böyük bir dəstək olardı. Hazırkı şəraitdə isə bir çox insan məhz bu səbəbdən gedə bilmir. Anlayıram ki, xidmət haqları artıb. Amma eyni zamanda düşünürəm ki, biz də düşünməliyik: nə edə bilərik, hansı addımları ata bilərik ki, bu prosesi tənzimləyə bilək. Əks halda, gələcəkdə müraciət edənlərin sayı daha da azala bilər.

Digər səbəb isə nisbətən marağın azalmasıdır. Düşünürəm ki, bu faktor o qədər də böyük deyil, yəni cəmiyyətdə onun rolu zəifdir. Amma mənəvi dəyərlərə münasibət dəyişdikcə, bu cür tendensiyaları müşahidə edəcəyik və bu proses cəmiyyətdə davam edəcək.

Hər halda, mövcud rəqəmlər az deyil, kifayət qədər ciddi göstəricilərdir və real vəziyyəti əks etdirir. Bu, sıradan bir məsələ deyil. Biz düşünməliyik ki, insanların mənəvi dəyərlərə bağlılığı qorunsun, insanlar bu dəyərlərdən uzaqlaşmasınlar. Eyni zamanda elə mexanizmlər formalaşdırılmalıdır ki, insanlar bu ibadətləri yerinə yetirə bilsinlər”.

Dünyada 2 əsas siyasi cəbhələşmə var”-Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu 

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə məsələyə daha geniş statistik və iqtisadi kontekstdən yanaşır: “Doğrudur, Həcc ziyarətinin qiymətləri bizimlə ətraf ölkələr arasında kəskin fərqlənmir. Amma ümumilikdə bahadır. Bu da əvvəllər də deyilib və yazılıb. Yəni həm ümumi olaraq bahadır, həm də Azərbaycan vətəndaşının gəlirlərinə görə yüksəkdir. Bu səbəbdən də getmək istəyənlərin sayı az olur. 2009-cu ildə hökumət kvotanı birdən-birə üç dəfə azaldaraq 2 minə endirdi. Halbuki əvvəlki illərdə Həccə gedənlərin sayı 6 minə yaxın idi. Ancaq sonrakı illərdə hətta aşağı kvota da dolmadı. Güman ki, bu, iqtisadi səbəblərlə bağlıdır. Əlbəttə, digər yan amillər də var. Səudiyyə Ərəbistanı adətən, hər min nəfərə bir zəvvar kvotası tətbiq edir. Bu qaydaya görə, Azərbaycan üçün kvota təxminən 10 min nəfər ola bilər. Amma reallıqda bu rəqəm 1500-ü keçmir. Burada iman məsələsindən söhbət gedə bilməz. Minlərlə insan var ki, sırf maddi imkansızlıqdan Həcc arzusunu reallaşdıra bilmir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yanvarda bu məhsullar BAHALAŞDI – SİYAHI

Next

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ: qarşılıqlı maraqlar və strateji baxış

Xəbər lenti

  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026
  • Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI 15.07.2026
  • “Jamestown”: Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir 15.07.2026
  • XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin! 15.07.2026
  • Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ 15.07.2026
  • Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ 15.07.2026
  • Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ 15.07.2026
  • Prezidentdən ÖNƏMLİ FƏRMAN 15.07.2026
  • İlham Əliyev sərəncam imzaladı 15.07.2026
  • Prezident bu qurumun səlahiyyətlərini artırdı 15.07.2026
  • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə 15.07.2026
  • DSMF ilk yarım ildə bu qədər müavinət və təqaüd ödəyib 15.07.2026
  • İşğalla barışan uduzur, hüquq qalib gəlir-Prezidentin verdiyi mesajlar… 15.07.2026
  • Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı: Azərbaycanın qlobal gündəliyə baxışı və müasir media çağırışları 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv