Rusiyada güclü zəlzələ oldu
Rusiyanın Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 599 km cənub-qərbdə və Severo-Kurilskdən 285 km cənub-qərbdə, zəlzələ ocağı təxminən 55 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib./Sfera.az/

