Bakıda MÜHÜM KONFRANS keçirilir – FOTOLAR
Bakıda “C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Musavat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutan konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərindən təmsilçilər iştirak edirlər.
Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulması kontekstində ekspertlər bir çox mövzuda fikir mübadiləsi aparacaqlar. Konfransda “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub.
Nigar HƏSƏNLİ,
Musavat.com


