Siyasət 

Azərbaycan və Pakistanın XİN başçıları bir sıra məsələləri müzakirə ediblər

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq hadisələri, o cümlədən hər iki nazirin qatıldığı, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasını müzakirə ediblər.

Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.

 

Daha çox xəbərlər