Siyasət 

İran müharibəsi üçün üç ssenari – Azərbaycana böyük təhlükə

Hərbi ekspertlərə görə, ABŞ-ın uzunmüddətli hərbi kampaniyanı davam etdirməsi çətindir- maksimum 10 gün sonra…

Amerika və İsrail orduları bu səhər İrana qarşı kütləvi hücumlar təşkil ediblər. Bu dəfə ABŞ və müttəfiqləri artıq İranın nüvə proqramının arxasında gizlənmədilər və açıq şəkildə məqsədlərinin Tehrandakı rejimi devirmək olduğunu bildirirdilər. Savaşın areralını genişləndirən İranın nəyə nail olacağını demək də hələ çox tezdir. Ona görə savaşın hansı ssenari ilə davam edə biləcəyi və hansı sonluqla nəticələnə biləcəyi haqda ən müxtəlif versiyalar var. Onlardan üçü haqda daha çox danışılır.

Musavat.com xəbər verir ki, Yaxın Şərq Araşdırmaları Mərkəzinin prezidenti Murad Sadıqzadə Rusiya mediasına savaşın mümkün üç ssenarisi barədə danışıb.

Mərkəz rəhbəri deyib ki, birinci ssenari 12 günlük iyun müharibəsindəki kimi sonluqdur:

“ O vaxt da danışıqlara cəmi bir-iki gün qalmışdı və tərəflər müvəqqəti razılaşma imzalamalı idilər. İndi də eyni vəziyyət təkrar oldu: dünən Oman xarici işlər naziri çıxış edərək uğurlu danışıqları və hətta böhranın həlli üçün irəliləyiş şansını təriflədi və tərəflərin diplomatik yolla gedə biləcəyini söylədi. Səhər isə İrana qarşı hərbi əməliyyatlar başladı. Birinci, orta dərəcədə optimist ssenaridə hərbi əməliyyatlar iki həftə davam edəcək: hədəflənmiş zərbələr mübadiləsi olacaq və bu, 2025-ci ilin yayında olduğu kimi, növbəti eskalasiya mərhələsindən əvvəl müvəqqəti sakitliklə başa çatacaq. Bu, İranı zəiflədəcək və növbəti müharibədən əvvəl fasilə yaradacaq. İran hücumlara tab gətirdiyini, Tramp dünyanın “ən əhəmiyyətli qələbə” qazandığını elan edəcək və tərəflər danışıqlar masasına qayıdacaq”.

Picture background

Ekspertə görə, ikinci ssenari İranda vətəndaş müharibəsi ehtimalıdır: “Amerikalılar İrana yalnız raket zərbələri endirmirlər, onlar həmçinin müxtəlif təxribat aktları həyata keçirirlər. Hərbi əməliyyatların daha da şiddətlənməsi tamamilə mümkündür – hərbi, siyasi və iqtisadi rəhbərliyi aradan qaldırmaq üçün xüsusi əməliyyatlar və ölkə iqtisadiyyatına davamlı hücumlar mümkündür. İrana təzyiq daxili təxribat, millətlərarası və dinlərarası qarşıdurmanı qızışdırmaq cəhdləri və separatizmin təşviqi ilə müşayiət oluna bilər. Xatırlayın ki, cəmi iki həftə əvvəl İsrail İraqdakı kürd üsyançı hərəkatları ilə əməkdaşlıq etdikləri və məqsədlərinin İran Kürdüstanını azad etmək olduğunu söyləmişdilər. Bundan əlavə, bəluclar, ərəb azlığı və digər xalqlar var. Lakin mənfi aktyorların əlində bu çmoxmillətli ölkəni sarsıtmaq və məhv etmək üçün bir vasitəyə çevrilir. Separatizmin təşviqi ölkədə ciddi qarşıdurmalar yarada bilər. Bu, İranda vətəndaş müharibəsinə və dövlətin süqutuna- kvazi-dövlətlərə bölünməsinə səbəb ola bilər .Əlbəttə ki, ikinci ssenari İranın qonşuları üçün təhkəlidir. Amerikada kimin vecinədir ki, Fars körfəzində və ya Türkiyədə nə baş verir? Bu ssenaridə Cənubi Qafqaz və Orta Asiya da təsirlənəcək. Bu, şübhəsiz ki, Rusiyaya, Azərbaycana, Ermənistana və daha sonra Gürcüstana mənfi təsir göstərəcək. Ciddi hərbi əməliyyatlar baş verərsə, bu, böyük qaçqın axınına və Orta Asiyada, belə desək, “yatmış” qrupların aktivləşməsinə səbəb olacaq”.

Nəhayət, üçüncü ssenari regional müharibə ehtimalıdır. “Bu hərbi əməliyyatlar uzanacaq və potensial olaraq bütün regionu bürüyəcərək tammiqyaslı müharibəyə səbəb olacaq. Bu, Yaxın Şərqdəki Amerika hərbi mövcudluğunun sonun başlanğıcı ola bilər.
 ABŞ-ın uzunmüddətli hərbi kampaniyanı davam etdirməsi çətindir. Müxtəlif hərbi ekspertlərin fikrincə, bu, maksimum 10 gün davam etmək üçün nəzərdə tutulub. İranın əhalisi 90 milyondur. Əgər onlar öz hökumətlərinə sadiq qalsalar və layiqli müqavimət göstərsələr, ABŞ və İsrail bu müharibədə bataqlığa düşə bilərlər” deyə, ekspert bildirib.

Daha çox xəbərlər