Hadisə 

Şirvan dəmir yolu stansiyasından 25 ton rels oğurlandı

Şirvan dəmir yolu stansiyasının ərazisindən 25 ton rels oğurlanıb.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Şirvan dəmir yolu stansiyasının ərazisindən 25 ton relsi oğurlayıb apararkən İmişli rayon sakini Elvin Abbasov və Neftçala rayon sakini Bəhruz Zeynalov saxlanılıblar.

Daha çox xəbərlər