Dünya 

SON DƏQİQƏ! Sərhədlər bağlandı – Türkiyədən TƏCİLİ AÇIQLAMA

Türkiyə ilə İran arasındakı sərhəd keçidləri müvəqqəti olaraq bağlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib.

Nazir bildirib ki, İranın Qərbi Azərbaycan əyaləti istiqamətində yerləşən sərhəd xətti üzrə keçidlərə məhdudiyyət tətbiq olunub. Qərara əsasən, İran–Türkiyə sərhədində fəaliyyət göstərən hər üç buraxılış məntəqəsində sərnişin daşımaları dayandırılıb.

Ömer Bolat vurğulayıb ki, bu addım regionda artan gərginlik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurəti ilə əlaqədar atılıb. Onun sözlərinə görə, vəziyyət nəzarətdə saxlanılır və əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.

Daha çox xəbərlər