Region Xəbərləri Təhsil 

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir.

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir. 💨
Yel çərşənbəsinin ölkəmizə bərəkət, xalqımıza rifah və hər bir ailəyə xoşbəxtlik gətirməsini arzulayırıq.

Bununla da insanlar Novruza bir az da yaxınlaşır, baharın gəlişini hiss etməyə başlayır.

Əvvəlcə qorxulu yuxularını axar suya danışan, oddan atdanıb ağırlığını odda yandıran elimiz indidə Yel babadan öz diləklərinin yerinə yetməsini istəyər.

Yel çərşənbəsində əsən külək yazın gəlişindən xəbər verir.

Hər çərşənbədə olduğu kimi, bu zaman da evlərdə süfrə açılar, həyətlərdə tonqal qalanar.

Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə tanınır.

Çərşənbəniz mübarək!

Daha çox xəbərlər