Tərtərin Qaradağlı kəndində Yel Çərşənbəsi təntənəli qeyd edildi
Qerbiazerbaycanaz.tv media xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə rayon icra hakimiyyəti başçıları tərəfindən mütəmadi olaraq səyyar qəbul-görüşlər keçirilir. Bu görüşlərin əsas məqsədi vətəndaşları narahat edən məsələləri yerində dinləmək, qaldırılan problemlərin operativ şəkildə araşdırılmasını və həllini təmin etməkdir.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Xəsili kəndində təşkil olunub. Görüşdə rayonun aidiyyəti idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı kənd sakinləri onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinə çatdırıblar. Qaldırılan məsələlər əsasən kəndin sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin artırılması və digər gündəlik problemlərlə bağlı olub.
Rayon icra hakimiyyətinin başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb olunan müraciətlərlə bağlı isə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

