“Qarabağlı qardaş və bacılarımız Ermənistan vətəndaşlığını almalı və…” – Paşinyan
“Qarabağlı bacı-qardaşlarımızın emosiyalarının istismar olunmaması, onlara boş ümidlər bəslənməməsi ən mühüm vəzifələrimizdən biridir”.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, martın 11-də Strasburqda Avropa Parlamentində çıxışı zamanı belə deyib.
Paşinyan daga sonra deyib: “Bu məsələ ilə bağlı strategiyamız çox aydındır: qarabağlı qardaş və bacılarımız Ermənistan vətəndaşlığını almalı və Ermənistan Respublikasında daimi məskunlaşmalıdırlar. Biz artıq onlar üçün köçürmə proqramına başlamışıq və bu günə kimi 4886 ailə bundan bəhrələnib.
Sülhün möhkəmləndirilməsinə yönəlmiş bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstək tələb edirik”.
P.S.Qeyd edək ki, Avropa Parlamenti daxil, bir sıra təşkilatlar Azərbaycana qarşı “erməni kartı”ndan istifadəyə cəhd göstərirdi. Görək bundan sonra həmin dairələr Qarabağdan könüllü köçən ermənilərlə bağlı yenə də cəfəng iddialar səsləndirəcəklərmi? Hər halda, Paşinyanın çıxışı onlar üçün “soyuq duş” effekti sayılmalıdır…

