Bir Yumruq Bərdə Qaziləri” şəhid Rüstəm Hənidovun ailəsini ziyarət edib
Bərdə rayonunda yasayan qar uçqunu nəticəsində şəhidlik zirvəsinə ucalan Hənidov Rüstəm Ruslan oğlunun ailəsini “Bir Yumruq Bərdə Qazileri” olaraq ziyarət ediblər. Ziyarət zamanı şəhidin doğma evində olunlar, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Şəhidimizin müqəddəs xatirəsi qarşısında baş əyərək ruhuna dualar oxunib. Eyni zamanda şəhidimizin ailəsi ilə səmimi görüş keçirilib, onun dərdi və kədəri bölüşülüb. Bu görüş bir daha göstərib ki, Vətən uğrunda canını fəda edən igidlərimizin ailələri hər zaman xalqımızın və dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmaqdadı.
Şəhid Rüstəm Ruslan oğlu Hənidov Vətənə, torpağa və millətə olan sonsuz sevgisinin ən ali nümunəsini göstərərək qəhrəmanlıq yolu ilə əbədiyyətə qovuşmuşdur. Onun adı və xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürüləcəkdir.
Şəhid ailələri bizim üçün müqəddəsdir. Bu səbəbdən onların ziyarəti, qayğı və diqqətlə əhatə olunması hər bir vətəndaşın mənəvi borcudur. Bu gün şəhidimizin evində oxunan dualar, edilən söhbətlər və bölüşülən xatirələr bir daha göstərdi ki, şəhidlər unudulmur, unudulmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Şəhidimizin ailəsinə səbir və dözüm arzulayırıq. Vətən uğrunda canını fəda edən igidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.


