MƏKTƏBDƏ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLMİŞDİR FOTOLAR
17.03.2026-cı il tarixində Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür. Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atışları açılır. Novruz – bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəliminə həsr olunur.
Tədbirdə məktəbin direktoru Gülnarə Əliyevada iştirak edib.
Tədbirdə milli adət-ənənələr yad edilib,əl işlərindən ibarət sərgi və Novruz bayramına aid müsabiqələr təşkil olunub.Novruza aid şeirlər, cərşənbələr haqqında melumatlar verildi, Novruz adətlərini səhnələsdirərək canlandlran şagirdlər milli rəqs ve mahni ifası ilə tədbirə rəngarənglik qatdılar.







