Bərdədə sosial həssas ailələrə bayram sovqatı paylanılıb
Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdə Rayon Mənzil Təmir-İstismar İdarəsi tərəfindən sosial həssas təbəqəyə aid olan 56 ailəyə bayram sovqatı təqdim olunmuşdur.
Həyata keçirilən bu aksiya əhalinin rifah halının yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan ailələrə dəstəyin göstərilməsi məqsədi daşıyır. Bayram münasibətilə təşkil olunan bu təşəbbüs sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır.

