Gündəm 

Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 283,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% azalıb.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, neft məhsullarından neft koksunun istehsalı 35,4%, avtomobil benzinin istehsalı 7,3%, qazoylların (dizel yanacağının) istehsalı 6,2% artıb.

Bildirilib ki, cari ilin birinci rübündə ağ neft istehsalı 15,5%, neft bitumu istehsalı 17,3%, mazut istehsalı isə 76,4% azalıb.

Azərbaycanda istehsal olunan neft məhsulları:

Məhsul növləri 2026-cı ilin yanvar- mart aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.04.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 360,5 107,3 57,3
Ağ neft, min ton 125,8 84,5 24,8
Qazoyllar (dizel yanacağı), min ton 587,3 106,2 172,3
Mazut, min ton 10,0 23,6 0,8
Sürtkü yağları, min ton 8,4 91,3 1,1
Maye qazlar, min ton 46,8 82,2 2,6
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton  

168,9

 

98,7

 

61,8

ondan:

neft bitumu, min ton

33,4 82,7 20,2
neft koksu, min ton 61,9 135,4 41,1

Daha çox xəbərlər