Cəmiyyət 

Məktəbdə yandırılan şagirdin son vəziyyəti açıqlandı

Bakının 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

Musavat.com-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, şagirdin vəziyyəti ağırdır.

“20.04.2026-cı il tarixində yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən gün sözügedən məktəbdə insident baş verib. Səhər saatlarında 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına yanıq xəsarəti yetirib. Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. İnsidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha çox xəbərlər