Gündəm 

Parlamentdə Benilüks ölkələrinə SƏRT ETİRAZ

Deputat Tural Gəncəliyev Milli Məclisdəki çıxışında Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qərəzli mövqeyindən bəhs edib.

Musavat.com-un məlumatına görə, deputat sənədlərdə Azərbaycana qarşı qərəzli, ədalətsiz və Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə zərbə vuran münasibətin ifadə olunduğunu vurğulayıb.

Tural Gəncəliyev: Separatçı ünsürlər ya Azərbaycan vətəndaşlığına keçməli,  ya da Qarabağı tərk etməlidirlər - AZƏRTAC

Bildirib ki, bu, Azərbaycanın suverenliyinə qarşı qəbul olunmuş sənəddir. Deputat həmin sənədlərlə bağlı səfirlərin XİN-ə çağırıldığını və etiraz bildirildiyini xatırladıb. Əlavə edib ki, qəbul olunan sənədlərdə Azərbaycanın Ermənistanla bağlı humanitar siyasətə yer verilməyib, rəsmi Bakının mövqeyi görməzdən gəlinib. Tural Gəncəliyev çıxışında Belçikanın Konqo xalqını istismar etməsi, Niderland şirkətlərinin Afrika sərvətlərini mənimsəməsi barədə faktları da yada salıb. Bu ölkələrin tarixdə yol verdikləri səhvləri aradan qaldırdıqdan sonra Azərbaycana hansısa irad tuta biləcəyini qeyd edib.

E.Paşasoy,
Musavat.com

Daha çox xəbərlər