Cəmiyyət 

Bakı metrosunun fəaliyyəti nə zaman bərpa olunacaq?

“Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Musavat.com xəbər verir ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

“Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək”, – “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Daha çox xəbərlər