Dövlət Xidmətinin 4 vəzifəli şəxsi həbs edilib
Korrupsiya qarşı Mübarizə İdarəsinin əməliyyatı zamanı saxlanılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin vəzifəli şəxsləri barəsində həbs qətimkan seçilib.
Musavat.com xəbər verir ki, Qaradağ rayon idarəsinin baş zabitləri Əliyev Etibar Yusif oğlu və Alıyev Şamil Məcid oğlu, Cəbrayıl şöbəsinin rəis müavini Mədətsoylu Niyam Etibar oğlu , Saatlı rayon şöbəsinin Saatlı rayon şöbəsinin səfərbərlik hazırlığı Səfərbərlik bölməsinin zabiti Kərimli Araz Vüqar oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

