SON DƏQİQƏ: Azərbaycan nümayəndələri İrəvana GETDİFOTO
Azərbaycan Hava Yollarına məxsus təyyarə Zvartnots Beynəlxalq Hava Limanına eniş edib.
Musavat.com xəbər verir ki, Ermənistan Mülki Aviasiya Komitəsi “Sputnik Armeniya”ya təsdiqləyib ki, Azərbaycan nümayəndə heyəti Bakıdan İrəvana gedib.
Mülki Aviasiya Komitəsi Bakıdan kimin gəldiyini açıqlamayıb. Yerli mediada isə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrəvana səfər etdiyi bildirilir.
Nigar Həsənli
Musavat.com


