Cəmiyyət 

Qurbanlıq bazarında YENİ QAYDALAR qüvvəyə mindi

Artıq Qurban bayramı yaxınlaşır. Bu il heyvan bazarlarında qaydalar daha da sərtləşdiriləcək və bəzi heyvanların satışına icazə verilməyəcək.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədov bildirib ki, heyvan bazarları yoluxucu xəstəliklərin ən sürətlə yayıla biləcəyi riskli məkanlar sayılır.

Bu səbəbdən bir müddət əvvəl fəaliyyəti dayandırılan heyvan bazarları artıq “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun şəkildə yenidən fəaliyyətə başlayıb.

Məmmədovun sözlərinə görə, heyvanların identifikasiyası həm də oğurluq hallarının qarşısını almaq üçün ən etibarlı hüquqi vasitədir.

Hazırda ölkə üzrə 972 min baş heyvan qeydiyyata alınaraq identikləşdirilib və onların peyvənd məlumatlarından tutmuş sahibinə qədər bütün məlumatlar xüsusi bazada toplanıb.

Vurğulanıb ki, bazara çıxarılmazdan əvvəl hər bir heyvan mütləq identifikasiya olunmalıdır. Əks halda, yaxın vaxtlarda belə heyvanların satış sahəsinə buraxılması mümkün olmayacaq./milli.az/

Daha çox xəbərlər