Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ
Qurban bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, mayın 27-28-i Qurban bayramı günləridir və hər ay pensiya, müavinət və digər sosial ödənişlərin qrafik üzrə ödənişi ayın 27-dək olan dövrdə artıq yekunlaşmış olur.
Beləliklə, sosial ödənişlərin verilməsi ilə bağlı əlavə dəyişiklik və ya öncədən ödəniş mexanizminin tətbiqinə ehtiyac yaranmır. // Modern.az

