Hadisə 

TƏCİLİ! Azərbaycanda güclü PARTLAYIŞ oldu – Yaralanan var

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.

Musavat.com xəbər verir ki, hadisə hamam otağında qeydə alınıb.

İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.

Qadın ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)

Daha çox xəbərlər