Siyasət 

İlham Əliyev və Rixard Raşi Bakıda bu məsələləri müzakirə ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya parlamentinin sədri Rixard Raşi Bakıda keçirilən görüş zamanı yerli bazarda Slovakiya biznesi üçün yeni imkanları müzakirə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Rixard Raşi “Facebook”da məlumat yayıb.

Raşi qeyd edib ki, Azərbaycan Prezidentinin 2025-ci ilin dekabrında Slovakiyaya ilk rəsmi səfərindən sonra İlham Əliyevlə yenidən görüşmək onun üçün şərəf olub.

Sədrin sözlərinə görə, Bakıda keçirilən görüş zamanı tərəflər Slovakiya və Azərbaycan arasında strateji tərəfdaşlığın gələcək inkişafını müzakirə ediblər.

“Biz enerji təhlükəsizliyi, Slovakiya investisiyalarının dəstəklənməsi, eləcə də Azərbaycanda Slovakiya şirkətləri üçün yeni imkanlar barədə danışdıq”, – Raşi yazıb.

O həmçinin bildirib ki, danışıqların mövzularından biri Slovakiya ekspertlərinin iştirak etdiyi Qarabağdakı “ağıllı kənd” layihəsi olub. Raşi Slovakiya şirkətlərinin ölkədən kənarda müasir layihələr həyata keçirmək bacarığı nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib.

Daha çox xəbərlər