Azərbaycanda ən yaşlı seçicinin 136 yaşı var
Azərbaycanda qeydiyyatda olan ən yaşlı seçicinin 136 yaşı var.
Musavat.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyasının bugünkü iclasında deyib.
Onun sözlərinə görə, ölkədə ən yaşlı seçici olan Əzizova Tamam Əli qızının 136 yaşı var:
“O, Lənkəran rayonu, 78 saylı Seçki dairəsi, 38 saylı seçki məntəqəsində qeydiyyatdadır. Kişilərdən isə ən yaşlı seçici Tovuz rayonu, 107 saylı Seçki dairəsi, 11 saylı seçki məntəqəsində qeydiyyatda olan 106 yaşlı Hacıyev Fərrux Səməd oğludur”.
MSK sədri əlavə edib ki, ölkədə yaşı 100 və yuxarı olan seçilərin sayı 209 nəfərdir.

