Çərşənbə, 01 İyl, 2026

Azərbaycan Polisi – Dövlətçiliyimizin və Xalqın təhlükəsizliyinin Etibarlı Keşikçisidir

Hər il 2 İyul Azərbaycanda Polisi Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqın təhlükəsizliyi, dövlətin sabitliyi və qanunun aliliyinin keşiyində şərəflə xidmət edən Azərbaycan polisinin peşə bayramıdır.

Müstəqil Azərbaycanın daxili sabitliyinin, ictimai asayişinin və vətəndaşların təhlükəsizliyinin qorunmasında Azərbaycan polisinin rolu əvəzsizdir. Polis əməkdaşları gecə-gündüz yorulmadan xidmət edərək cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır, ölkədə əmin-amanlığın və sabitliyin qorunmasına böyük töhfə verirlər.

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənablarının rəhbərliyi ilə Daxili İşlər Nazirliyi sistemində həyata keçirilən islahatlar polis orqanlarının fəaliyyətinin daha da gücləndirilməsinə, peşəkarlığın artırılmasına və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Cənab nazirin rəhbərliyi altında Azərbaycan polisi dövlətçiliyin qorunması, hüquq qaydasının möhkəmləndirilməsi və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində uğurla fəaliyyət göstərir.

Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki və şöbənin şəxsi heyəti də rayon ərazisində ictimai asayişin etibarlı təmin olunması, cinayətlərin qarşısının alınması, hüquq pozuntularına qarşı operativ mübarizə və vətəndaşların təhlükəsizliyinin qorunması istiqamətində yüksək məsuliyyət və peşəkarlıq nümayiş etdirirlər. Onların fəaliyyəti Bərdə rayonunda sabitliyin və əmin-amanlığın qorunmasına mühüm töhfə verir.

Azərbaycan polisi Vətən müharibəsində də igidlik və şücaət göstərərək dövlətə və xalqa sədaqətini bir daha sübut etdi. Şəhid olmuş polis əməkdaşlarının əziz xatirəsi daim ehtiramla anılır, qazilərimizin qəhrəmanlığı isə xalqımızın qürur mənbəyidir.

2 İyul – Azərbaycan immun Polisi Günü münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovu, Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənovu və bütün polis əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və şərəfli xidmətlərində yeni uğurlar arzulayırıq. Azərbaycan polisi hər zaman dövlətimizin, xalqımızın və qanunun keşiyində şərəflə dayanacaq.
Vüsal Rafiqoğlu