Hadisə 

Bərdə fəhlə pambıq tayasından yıxıldı, ağır yaralandı

Bərdə rayonunda fəhlə pambıq tayasından yıxılıb.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən Pambıq Zavodunda qeydə alınıb.

Rayon sakini 1985-ci il təvəllüdlü Şəmmədov Siyavuş Cahid oğlu işlədiyi zavodda pambıq tayasından yıxılıb. Başı dəmirə dəyən S. Şəmmədov təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən oğlanın vəziyyəti orta ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.qafqazinfo

Daha çox xəbərlər