Bakıda 2 otaqlı ev yandı
Paytaxtda 2 otaqlı ev yanıb.
ARANTV.AZ bildirir ki, Fövqəladə Hallar Nazirliyindən trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

