Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar xilas edildi
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
ARANTV.AZ xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib.
Uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.big.az

