Hadisə 

33 yaşlı kişi pambıq tayasından yıxılıb öldü

Bərdə rayonunda 33 yaşlı kişi pambıq tayasından yıxılaraq ölüb.

ARANTV.AAZ unikal.org-a istinadən xəbərinə görə, hadisə rayon ərazisində yerləşən “MTK-İK” MMC-nin pambıq zavodunda baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Siyavuş Bayramov işlədiyi şirkətin pambıq tayasının üzərindən yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər