Cəmiyyət 

Boyat makaron ölümə səbəb ola bilər-Həkimlərdən xəbərdarlıq

Köhnə ərzaqlardan istifadə etmək ölümə səbəb ola bilər. ARANTV.AZ məlumat verir ki, bu barədə Avropa alimləri xəbər yayıblar. Bildirilir ki, makaron, düyü və süd məhsullarında “Bacillus cereus” virusu çoxalır. Bu bakteriyanın bəzi növləri faydalı olsa da, digərləri qida zəhərlənməsinə səbəb olur. Pis halda isə ölümlə nəticələnir.
2005-ci ildə İtaliyada bir ailə tərkibində makaron olan dördgünlük salatdan zəhərlənib. Salat cümə günü hazırlanıb və şənbə günü piknikə aparılıb. Bazar ertəsi axşam yeməyində də qəbul edilib. Gecə uşaqlar qusmağa başlayıb, onlardan biri ölüb. Digər ailə üzvləri də ciddi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
2011-ci ildə Belçikada bir tələbə tomat sousundan zəhərlənərək ölüb. Sous 5 gün əvvəl hazırlanıbmış.
“Bacillus cereus” qidaya təhlükəli toksinlər ifraz edir. Bu səbəbdən də qidaları və yeməkləri soyuducuda saxlamaq, boyat yeməkləri qəbul etməməyə çalışmaq lazımdır.Sonxeber.az

Daha çox xəbərlər