Cəmiyyət 

Bakıda kişi hamilə arvadını ütü ilə yandırdı – VİDEO

“Space TV” də Amil Xəlilin “Gəl dərdini danış” sosial-krminal layihəsində inanılmaz anlar yaşanıb.

ARANTV.AZ  xəbər verir ki, verilişə müraciət edən Xanımnisə adlı gəlin əri tərəfindən vəhşiliyə məruz qaldığını bildirib.

O, qeyd edib ki, əri onu hər gün döyürmüş: “7 aylıq hamilə idim. Mənə məcburi daş daşıtdırdı. 8 aylıq hamilə olanda uşağım dünyaya gəldi. Məni dəmir parçası ilə döydürü. Elə zülm edirdi ki, mən gedim evdən” – deyə Xanımnisə bildirib.

Əlindəki yanıq izlərini soruşan teleaparıcı cavab qarşısında dəhşətə gəlib.

“Bu əlimdə və qolumda olan izlər ütünün izidir. Ütü ilə yandırırdı məni.”

Biraz sonra qarşı tərəf verilişə qoşulub . Xanım nisənin əri kimi tanınan adam onunla evli olmadığını kafedə tanış olduğunu bildirib: “O kafe qızıdır. Kafedə xidmət göstərib. Mənim arvadım heç vaxt olmayıb”.

Qadın işgəncəsinin dəhşətli üzlərini danışan Xanımnisə indi övladı üçün yardım istəyir.

Həmin anları sizə təqdim edirik.Unikal.org

Daha çox xəbərlər