Türkiyədə yük qatarı relsdən çıxıb
Türkiyənin qərbindəki İzmir vilayətində yük qatarı relsdən çıxıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, qəzaya səbəb yağışdan sonra relsin altındakı qruntun çökməsi olub.
Hadisə nəticəsində yeddi vaqon relsdən çıxıb.
Xəsarət alanların olmadığı və qatarların hərəkət cədvəlində ləngimələrin yaranmadığı deyilir.

