Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Gəray Azayevin boyun nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib.
ARANTV.AZ bildirr ki, Daxili İşlər Nazirliyindən trend-ə verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Etibar Həsənov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
