Çindən ABŞ-a 16 milyardlıq zərbə: bu gündən…
Çinin 16 milyard dollar dəyərində ABŞ məhsullarına 25 faizlik əlavə gömrük rüsumu qərarı bu gündən qüvvəyə minib.
ARANTV.AZ xəbər verir ki, Çin hökuməti ABŞ-ın etdiyi həmlələrdən sonra cavab tədbirləri görməyə məcbur olduğunu açıqlayıb.
Açıqlamada Çinin sərbəst ticarəti və ticarət sistemini qoruyacağı, ABŞ-ın əlavə vergi həmləsinə qarşı isə Dünya Ticarət Təşkilatının anlaşmazlıqların həlli mexanizminə müraciət ediləcəyi bildirilib.axar.az

