Cəmiyyət 

Bakıda 5G şəbəkəsi tətbiq olunacaq – FOTO

Bakıda yaxın vaxtlarda 5G şəbəkəsi tətbiq oluna bilər.

ARANTV.AZ  xəbər verir ki, bu haqda “Huawei” şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Sai Vu bildirib.

Onun çıxışı Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Eurasia İnnovation Day”də böyük marağa səbəb olub.

“Huawei” rəsmisi bildirib ki, təmsil olunduğu şirkət 5G texnologiyaları sahəsində liderdir və bu sahədə 60-dan çox kommersiya müqaviləsi imzalayıb.

“Huawei” şirkəti 17 ildir Azərbaycanda fəaliyyət göstərir və tədqiqat işlərinə investisiya yatırmağa üstünlük verir. “Eurasia İnnovation Day”in təşkilində də şirkətin böyük əməyi olub.

Dialoq platforması rolunu oynayan tədbirdə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə “Rəqəmsal əlaqə”, Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları, innovasiya və texnologiya sahəsində müzakirələr aparılıb.

Daha çox xəbərlər