32 yaşlı kişini öldürən keçmiş məhkum tutuldu
Bakıda qətl törədən şəxs saxlanılıb.
ARANTV.AZ-ın unikal.org-a istinadən xəbərinə görə, hadisə ötən gün paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Daxil Allahyarov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1977-ci il təvəllüdü, əvvəllər məhkum edilmiş E.Səfərov saxlanılıb.
Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

