Azərbaycan TBMM və Asiya Parlament Assambleyasının şura iclasında təmsil olunacaq
Milli Məclisin deputatı İlham Məmmədov Türkiyə Böyük Millət Məclisi (TBMM) və Asiya Parlament Assambleyasının təşkilatçılığı ilə İcraedici Şuranın 1-ci iclasında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Rizə şəhərinə səfərə gedəcək.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, millət vəkili Siyasi Məsələlər, Büdcə və Planlaşdırma Daimi komitələrinin iclaslarına qatılacaq.
Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək.
Səfər oktyabrın 28-də başa çatacaq.

