Türkiyədə turist avtobusu aşdı: xeyli yaralı var

Türkiyənin Muğla vilayətində turistləri aparan avtobus aşıb.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 26 nəfər xəsarət alıb. Onların vətəndaşlığı hələ açıqlanmır.

Yaralılar şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətləri normal qiymətləndirilir.

Təfərrüatlar barədə məlumat verilmir.