Dünya 

Sabiq prezidentin həbs cəzası və cəriməsi yenidən artırıldı

Cənubi Koreyanın Ali Məhkəməsi avqustun 24-də ölkənin sabiq prezidenti Pak Kın Henin həbs cəzasının müddətini 24 ildən 25 ilə qədər, cərimənin miqdarını isə 16 milyon dollardan 18 milyon dollaradək artırıb.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, prokurorluq məhkəmədən sabiq prezidentə 30 il həbs cəzası verilməsini və cərimənin miqdarının 105 milyon dollara qədər artırılmasını tələb edirdi.

Xatırladaq ki, korrupsiyada, səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət sirrini yaymaqda ittiham olunan Pak Kın He aprel ayında məhkəmə tərəfindən 24 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Daha çox xəbərlər