Hadisə 

Tanınmış hüquqşünas dələduzluq etdiyinə görə məhkəmə qarşısına çıxarılacaq — FOTO

Məkəmələrdə nümayəndə qismində vətəndaşların hüquqlarını müdafiə edən hüquqşünas barəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Rəsulov Yaşar Rəsul oğlunun məhkəmə prosesinə hakim Hüseyn Mirzəliyev sədrlik edəcək. Cinayət işində 6 nəfər şəxs zərərçəkmiş qismində tanınıb.

İttiham aktına görə, Yaşar Rəsulov uzun illərdir ki, müxtəlif məhkəmə instansiyalarında vətəndaşların pozulmuş hüquqlarını müdafiə edərək onlara hüquq xidməti göstərir. Ancaq son vaxtlar bir neçə vətəndaşdan xeyli miqdarda pul alaraq onların işlərinə kömək etməyən Y.Rəsulov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinə şikayətlər daxil olub. Nəticədə istintaq yolu ilə Y.Rəsulovun dələduzluq əməli sübuta yetirilib. Y.Rəsulov barəsində məhkəmənin qərarı ilə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

ölkə.az

Daha çox xəbərlər