Dünya 

Peruda 7,1 bal gücündə zəlzələ oldu

Peruda 7,1 bal gücündə zəlzələ baş verib. Bununla bağlı ABŞ Geoloji Xidməti məlumat yayıb.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 09:04-də qeydə alınıb. Zəlzələnin episentri İberiya bölgəsindən 138 kilometr aralıda, yerin 609,5 kilometr dərinliyində yerləşib.

Dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat yoxdur.

Daha çox xəbərlər