Hadisə 

Bakıda üç yeniyetmə gül toxumundan zəhərlənib

Bakıda üç yeniyetmə zəhərlənib.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Rayon sakinləri, 2002-ci il təvəllüdlü Murad Nuruliyev, 2003-cü il təvəllüdlü Baloğlan Aslanov və 2004-cü il təvəllüdlü Elməddin Aslanovun zəhərlənməsi ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar zamanı yeniyetmələrin naməlum şəraitdə gül toxumu yeyərək zəhərləndiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər