Dünya 

BMT-dən İran, Rusiya və Türkiyəyə Zirvə görüşü təklifi

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan De Mistura İran, Rusiya və Türkiyə rəhbərlərini Cenevrəyə dəvət edib.

ARANTV.AZ-ın xəbərinə görə, dəvət Suriyadakı mövcud vəziyyət və həmin ölkənin yeni Konstitusiyasının hazırlanması ilə bağlıdır.

Suriya ilə bağlı Zirvə toplantısının isə sentyabrın 11-12-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi nəzərdə tutulur.

Bu zirvənin ardınca isə BMT ABŞ-ın da daxil olacağı paralel bir iclas təşkil etməyi planlaşdırır.

oxu.az

Daha çox xəbərlər